Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının sayını artırıb.

İndex.az xəbər verir ki, müvəkkil bankların siyahısına "Azər-Türk Bank" və "Bank Respublika" ASC-lər əlavə olunub, onların sayı 3-dən 5-ə çatıb.

Fond həmçinin 1 bank olmayan kredit təşkilatı (BOKT) ilə sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyələşdirilməsi üçün əməkdaşlıq edir.