"Naxçıvanbank" 2023-cü ilin 3-cü rübünə olan hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, hesabata əsasən, bankın aktivləri bu ilin əvvəli ilə müqayisədə 43.981 milyon manat azalaraq 302.481 milyon manata enib. Xatırladaq ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 346.462 milyon manat təşkil edib.

Bankın kredit portfelinin həcmi 202.500 milyon manat təşkil edib. İlin əvvəlində bank tərəfindən müştərilərə 173.622 milyon manat kredit verildiyini nəzərə alsaq, 28.878 milyon manatlıq artımın olduğunu görürük.

3-cü rübün sonuna "Naxçıvanbank"ın depozit portfeli 103.563 milyon manat olub. İlin əvvəlində bu göstərici 155.416 milyon manat idi.

Hesabat dövrünün sonuna fiziki şəxslərin banka qoyduğu depozitlər 3.855 milyon manat azalaraq 6.515 milyon manat olub.

Cari ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozitlər 145.046 milyon manat olduğu halda, 3-cü rübün sonunda bu göstərici 47.999 milyon manat azalaraq 97.047 milyon manata enib.

Bankın nizamnamə kapitalı cari ilin əvvəlinə nəzərən 1.694 milyon manat azalaraq 107.053 milyon manatdan 105.359 milyon manata geriləyib.

Hesabat dövründə "Naxçıvanbank"ın faiz gəlirləri 18.470 milyon manat, faiz xərcləri isə 1.629 milyon manat təşkil edib.

Bankın əməliyyat mənfəəti 12.327 milyon manat olub.

"Naxçıvanbank" mümkün zərərlər üçün 835 min manatlıq məqsədli ehtiyatlar yaradıb.

Bankın dövr üzrə xalis mənfəəti 11.359 milyon manat olub.

"Naxçıvanbank"ın məcmu kapitalı isə 106.981 milyon manat təşkil edib. Qeyd edək ki, Mərkəzi Bankının İdarə Heyətinın qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalı minimum 50 milyon manat təşkil etməlidir.

Xatırladaq ki, “Naxçıvanbank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 105.359 milyon manatdır. Bankın səhmlərinin 63,66%-i Hüseyn Məmmədova, 26,52%-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82%-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsusdur.