NASA Yerin maqnit sahəsinin yaratdığı qəribə səs yazılarını yayımlayıb.

İndex.az xəbər verir ki, NASA-nın aprelin 17-də yayımlanan yeni audio klipdə Yerin maqnit sahəsinin yaratdığı qəribə və narahatedici səslər qeyd olunub.

Paylaşılan klipdə Günəşdən gələn plazma hissəciklərinin Yerin maqnit sahəsi ilə qarşılıqlı əlaqəsi zamanı yaranan bir sıra gurultulu səslər əks olunub.

Layihə tədqiqatçıların Yerin bu “plazma qalxanında” pozuntuları aşkarlamasını asanlaşdırmaq məqsədi daşıyır.

NASA-dan bildirilib ki, günəşdən gələn plazma dalğalarının qarşılıqlı təsiri nəticəsində maqnitosferdə titrəyişlər baş verir.

O da qeyd olunub ki, bu titrəyişlər həm “ultra aşağı tezlikli” radio dalğaları yayır, həm də NASA-nın HARP layihəsi çərçivəsində aşkar edilərək eşidilən səslərə çevrilir.