Əfsanəvi "Voyager 2" kosmik gəmisi ilə əlaqə NASA tərəfindən göndərilən səhv əmr yeniləməsindən sonra kəsilib.

İndex.az xəbər verir ki, NASA, gərgin səylər nəticəsində rabitənin yenidən qurulduğunu açıqlayıb.

NASA tərəfindən göndərilən rutin komanda ardıcıllığı kosmik gəminin antena oriyentasiyasında 2 dərəcə dəyişikliyə səbəb olmuş və əlaqə itmişdir.

Gərgin səylər nəticəsində NASA "Voyager 2"ni təsbit etdi və siqnal mənbəyinə yeni əmrlər göndərdi.