NASA Marsdakı bütün robotlarla əlaqənin kəsildiyini açıqlayıb.
İndex.az xəbər verir ki, NASA planetlər daha əlverişli mövqelərə keçənə qədər yarana biləcək problemlərdən yayınmaq üçün planlı fasilə verir.
Fasilə ötən şənbə günü başlayıb və noyabrın 25-dək davam edəcək.
Hər iki ildən bir ardıcıl iki gün Günəş Marsı tamamilə blokladığı üçün Marsdakı robotlardan göndərilən siqnallar Yerə gəlib çatmır.
Bu o deməkdir ki, “Perseverance” və “Curiosity” robotları, “Ingenuity” helikopteri, “Mars Reconnaissance Orbiter”, “Odyssey” və MAVEN orbitləri bir müddət əlaqə kəsiləcək.
Buna baxmayaraq, həm robotlar, həm də orbitlər Yerlə əlaqənin kəsildiyi iki həftəlik müddət ərzində məhdud miqdarda məlumat toplayaraq qırmızı planetdə elmi missiyalarını yerinə yetirməyə davam edəcəklər.
