NASA və ABŞ-ın "Müdafiə Təkmil Araşdırma Layihələri Agentliyi" (DARPA) Mars üçün nüvə enerjisi ilə işləyən raket yaradır.
İndex.az xəbər verir ki, NASA nüvə enerjisi ilə işləyən raket hazırlamaq üçün DARPA və "Lockheed Martin" ilə əməkdaşlığa başlayıb.
Bu ilin yanvar ayında hər iki agentlik birgə çalışacaqlarını açıqlamışdı.
O zaman "Lockheed Martin" də daxil olmaqla, digər podratçılarla danışıqlar aparılacağı bildirilirdi.
İndi mühərriki istehsal edəcək şirkətin müəyyənləşməsi ilə prosesə rəsmən start verilib.
"Çevik Cislunar Əməliyyatlar üçün Nümayiş Roketi" (DRACO) adlanan layihə, belə qabaqcıl texnologiyanın ilk dəfə orbitdə tətbiqini həyata keçirmək məqsədi daşıyır.
Araşdırmanın proqram direktoru Dr.Tabita Dodsonun sözlərinə görə, nüvə termal raketi kosmosa səyahət zamanı hərəkət gücünə görə adi kimyəvi raketlə eyni olacaq, lakin iki-üç dəfə daha səmərəli verəcək.
