NASA-nın "Webb" teleskopu Yer kürəsindən kənarda həyatı kəşf etmək yolunda böyük sıçrayış edib.

İndex.az xəbər verir ki, tədqiqatçılar ekzoplanetdə su buxarı aşkar ediblər və bu, yerdənkənar həyatın axtarışında çox böyük addımdır.

Astronomlar NASA-nın "Ceyms Uebb" kosmik teleskopunun yüksək təkmil alətlərini Yerdən 26 işıq ili uzaqlıqda, qırmızı cırtdan ulduzun ətrafında dövr edən uzaq ekzoplanet "GJ 486 b" istiqamətinə yönəldiblər.

Alimlər qayalı planetin ətrafında su buxarının olduğunu aşkar ediblər.