NASA, Aya eniş üçün planlaşdırılan "Artemida" missiyalarının beşincisi üçün "Blue Origin" şirkəti ilə razılaşdığını açıqladı.

İndex.az xəbər verir ki, şirkət 2029-cu ildə həyata keçirilməsi planlaşdırılan "Artemida V" missiyasında Ayın orbitindəki stansiyadan Ay səthinə enmə missiyasını öz üzərinə götürəcək.

NASA-nın "Artemis V" missiyasının "Blue Origin" ilə Ay səthinə enəcəyi bildirilir

NASA tərəfindən edilən açıqlamada bildirilib ki, "Artemis" proqramı üçün anlaşılan ikinci şirkət "SpaceX Starship"dir.