NASA insanları Aya göndərməklə kifayətlənmir, həm də onlara orada yaşamaq imkanı vermək istəyir.
İndex.az xəbər verir ki, kosmik agentlik onları qurmaq üçün artıq Ostində yerləşən bir şirkət işə götürüb.
Ostində yerləşən 3D çap şirkəti ICON, "Project Olympus" adlı layihədə Ay torpağından istifadə edərək evlər tikəcək.
Ay bəşəriyyətin növbəti sıçrayışa nail olması üçün kritik əhəmiyyətə malikdir.
Bir çox kosmik agentliklər Ayda bazalar qurmağı hədəfləyir.
NASA peyki bazalarla birlikdə evlər tikərək yaşayış məntəqəsinə çevirməyi planlaşdırır.
