“Rabitəbank” 2024-cü ilin 3-cü rübü üzrə maliyyə hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, 2024-cü ilin 3-cü rübündə “Rabitəbank”ın aktivləri cari ilin əvvəli ilə müqayisədə 9.375 milyon manat azalaraq 1.129.075 milyon manata enib.

Hesabat dövrü ərzində bankın kredit portfelinin həcmi 813.875 milyon manat təşkil edib. 2024-cü ilin əvvəlində bank tərəfindən müştərilərə 721.159 milyon manat kredit verildiyini nəzərə alsaq, 92.716 milyon manatlıq artımın olduğunu görürük.

Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, cari ilin 3-cü rübündə istehlak kreditləri 42.091 milyon manat artaraq 281.725 milyon manat, biznes kreditləri 33.965 milyon manat artaraq 379.370 milyon manat, daşınmaz əmlak kreditləri isə 16.659 milyon manat artaraq 152.769 milyon manat təşkil edib.

Beləliklə, “Rabitəbank”ın kredit portfelinin 46%-dən çoxunu istehlak kreditləri təşkil edir.

Cari ilin əvvəlinə nəzərən 2024-cü ilin 3-cü rübündə “Rabitəbank”ın depozit portfeli 64.093 milyon manat azalaraq 689.731 milyon manata enib.

2024-cü ilin əvvəlində bu göstərici 753.824 milyon manat idi.

Hesabat dövründə fiziki şəxslərin banka qoyduğu depozitlər 13.372 milyon manat artaraq 458.758 milyon manat olub.

Cari ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozitlər 308.438 milyon manat olduğu halda, 2024-cü ilin 3-cü rübündə bu göstərici 68.465 milyon manat azalaraq 230.973 milyon manat olub.

2024-cü ilin 3-ci rübündə ilin əvvəli ilə müqayisədə “Rabitəbank”ın həm faiz gəliri azalarkən, faiz xərcləri artıb.

Belə ki, hesabat dövründə “Rabitəbank”ın faiz gəlirləri 83.830 milyon manat təşkil edib.

Cari ilin əvvəlində bankın faiz gəlirlərinin 91.123 milyon manat olduğunu nəzərə alsaq, 7.293 milyon manatlıq azalmanın olduğunu görərik.

“Rabitəbank”ın faiz xərcləri isə 2024-cü ilin 3-cü rübündə cari ilin əvvəlinə nəzərən 2.069 manat artaraq 32.753 milyon manat təşkil edib.

Hesabat dövründə “Rabitəbank”ın dövr üzrə xalis mənfəəti 6.122 milyon manat artaraq 19.183 milyon manata yüksəlib.

2024-cü ilin əvvəlində bankın dövr üzrə xalis mənfəəti 13.061 milyon manat olub.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101.300 milyon manatdır. Bankın səhmlərinin 40,6%-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarı), 30%-i Validə Abbasovaya, 11,48%-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11%-i Dilarə Nuriyevaya, 7,6%-i Seyran Nuriyevə (Bankın baş direktoru), 1,07%-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14%-i isə 12 hüquqi şəxsə məxsusdur.