Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə “Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib.
İndex.az xəbər verir ki, bankın lisenziyasının ləğv edilməsinin səbəblərdən biri məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından (50 milyon manat) az olması və məcmu kapitalının adekvatlıq əmsalının (minimum 10%) 3%-dən az olmasıdır.
Maraqlıdır ki, "Muğan Bank"ın 2023-cü ilin 3-cü rübünə olan hesabatında məcmu kapitalın miqdarı 142.224 milyon manat, məcmu kapitalının adekvatlıq əmsalı isə
Qeyd edək ki, hal-hazırda bankın saytına giriş məhdudlaşdırılıb. Göründüyü kimi "Muğan Bank" müştəriləri və ictimaəti aldadıb.
Yaranmış vəziyyət bankların açıqladığı hesabatların etibarlığını şübhə altına alır.

