Bazarlarda mövsümi meyvə-tərəvəz boldur. Amma buna baxmayaraq qiymətlər yüksəkdir.

İndex.az xəbər verir ki, bu barədə “Xəzər Xəbər”in reportajında bildirilib.

Məlumata görə, “8-ci kilometr bazarı”nda lobya 1,3 -1,5 manata, badımcan isə 40-70 qəpiyə təklif olunur.

Tərəvəzlərə nisbətən meyvələrin qiyməti daha bahadır. Bazarda armud 1,5-1,8 manata təklif olunur.

Satıcılar bildiriblər ki, bazarda təklif olunan meyvə- tərəvəzlər əsasən yerli məhsullardır.

Daha ətraflı:

[embed]https://www.youtube.com/watch?v=yo1P28yzNSk[/embed]