İndoneziyanın Sumatra adasında leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 1030 nəfərə çatıb.

İndex.az xəbər verir ki, İndoneziya Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi (BNPB) Şimali Sumatra, Qərbi Sumatra və Acehdə baş verən fəlakətlərlə bağlı açıqlama yayıb.

Açıqlamada daşqın və sürüşmə nəticəsində ölənlərin sayının 1030 nəfərə çatdığı, 206 nəfərin isə hələ də itkin düşdüyü bildirilib.