“Morgan Stanley” və “Goldman Sachs” FED-in faiz ilə bağlı proqnozlarında fikir ayrılğına düşüb.
İndex.az xəbər verir ki, “Morgan Stanley” iqtisadçıları inflyasiyanın zəifləməsi fonunda FED-in növbəti iki il ərzində uçot dərəcələrini aşağı salacağını, “Goldman Sachs” analitikləri isə FED-in uçot dərəcələrini çox cuzi azalacağını və bu azalmanın daha gec başlayacağını bildiriblər.
ABŞ-ın baş iqtisadçısı Ellen Zentnerin rəhbərlik etdiyi “Morgan Stanley” tədqiqatçıları bazar günü 2024-cü ilə dair proqnozlarında mərkəzi bankın uçot dərəcələrini ardıcıl olaraq 2024-cü ilin 2-ci, 3-cü və 4-cü rüblərdə hər iclasda stabil olaraq 25 baza bəndi azaltmağa başlayacağını söyləyib.
Onlar bunun siyasət faizini 2025-ci ilin sonuna kimi 2,375%-ə endirəcəyini bildiriblər.
“Goldman Sachs” analitikləri isə, ilk faiz azalmasını 2024-cü ilin 4-cü rübündə olacağını proqnozlaşdırıb.
“Goldman Sachs” analitikləri, ümumi 175 baza bəndi azalma ilə uçot dərəcəsinin 3,5-3,75% hədəfinə çatacağını düşünür.
