"Fitch"in ABŞ-ın kredit reytinqini aşağı salmasından bir ay sonra başqa bir kredit reytinq agentliyi olan "Moody's" ABŞ-da federal hökumətin bağlanmasının ölkənin reytinqinə mənfi təsir edəcəyi barədə xəbərdarlıq edib.

İndex.az xəbər verir ki, Uilyam Fosterin başçılıq etdiyi analitiklər mümkün bağlanmanın müvəqqəti olacağını, bunun ABŞ iqtisadiyyatına və böyüməsinə təsirlərinin məhdud olacağını bildiriblər.

Onların fikrincə bu addım, ABŞ-ın idarəetmə gücünün digər ölkələrlə müqayisədə zəif olduğunu göstərəcək.

Hesabatda qeyd olunub ki, bağlantı nə qədər uzun sürərsə, onun mənfi iqtisadi təsirləri bir o qədər geniş yayılacaq. Bu vəziyyətin uzadılması həm ABŞ iqtisadiyyatı, həm də maliyyə bazarları üçün dağıdıcı ola bilər.

Xatırladaq ki, beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings" avqust ayında ABŞ-ın uzunmüddətli kredit reytinqini "AAA"-dan "AA+"-a endirib və proqnozu mənfidən sabitə dəyişib.