"Mobius Capital"ın qurucusu Mark Mobius investisiya üçün Türk şirkətlərini axtarmağa davam edəcəklərini bildirib.

İndex.az xəbər verir ki, "Mobius Capital"ın 87 yaşlı qurucusu Mark Mobius, inkişaf etməkdə olan iqtisadiyyatların perspektivləri ilə bağlı açıqlama verərək, qlobal bazarların son bir neçə ildə potensialın altında performans göstərdiyini, inkişaf etməkdə olan bazarların isə son dövrlərdə çox yaxşı bir artım əldə etdiyini bildirib:

"İnkişaf etməkdə olan bazarlar daha da yaxşılaşır. Bu, ilk növbədə Çindəki canlanma ilə əlaqədardır. Məlum olduğu kimi, Çin inkişaf etməkdə olan bazarlar indeksinin 30%-ni təşkil edir. Beləliklə, Çin iqtisadiyyatı yaxşı olanda indeks də yaxşı nəticələr verir".