"Microsoft"un süni intellektlə işləyən yeni çatbotu "Bing" reklamlar göstərməyə başlayacaq.

İndex.az xəbər verir ki, "Microsoft"un korporativ vitse-prezidenti Yusuf Mehdi bildirib ki, şirkət çatbotda reklam yerləşdirməyi planlaaşdırır.

"Microsoft"un kommunikasiya direktoru Kaitlin Roulston isə verdiyi açıqlamada bildirib ki, hazırda "Bing"in görünüşündə bəzi dəyişikliklər ola bilər:

"Çünki reklamlar yenilənmiş "Bing"də, xüsusən də söhbət hissəsində (ənənəvi axtarış nəticələrində olduğu kimi) fərqli göstəriləcək. Biz hələ də reklam təcrübəsi üçün yeni imkanları araşdırırıq və gələcəkdə daha çoxunu paylaşacağıq”.