"Microsoft"un süni intellekt üzərində işləyən komandası təsadüfən 38 terabaytlıq həssas şirkət məlumatını ifşa edib.
İndex.az xəbər verir ki, tədqiqatçılar müəyyən ediblər ki, məlumat sızmasına "Azure" platforması səbəb olub.
20 iyul 2020-ci il və 24 iyun 2023-cü il tarixləri arasında "Microsoft" "GitHub"da ictimai repozitoriya vasitəsilə ictimaiyyətə geniş məlumat toplusunu təqdim etdi.
Bulud təhlükəsizliyi şirkəti "Wiz" problemi aşkar edərək 22 iyun 2023-cü ildə "Microsoft"a məlumat verdi və şirkət iki gün sonra boşluğu bağladı.
"Wiz" tədqiqatçıları "Azure" platformasının "Shared Access Signature" (SAS) funksiyasından "Microsoft" əməkdaşları tərəfindən sui-istifadə edildiyini və bu səbəbdən 38 terabaytlıq şəxsi məlumatın ifşa edildiyini bildirirlər.
