"Microsoft"a məxsus reklam texnologiyaları şirkəti "Xandr" Avropa İttifaqının məxfiliyini pozmaqda ittiham olunur.
İndex.az xəbər verir ki, "Xandr" barədə şikayəti Avropada məlumatların məxfiliyini müdafiə edən "Noyb" qrupu tərəfindən edilib.
Şikayət Aİ-nin Ümumi Məlumatların Qorunması Qaydasına əsasən verilib və əgər etibarlı olarsa, "Xandr"ın ana şirkəti olan "Microsoft" qlobal illik dövriyyəsinin 4%-i dəyərində cərimə edəlilə bilər.
"Xandr"ın məlumat əldə etmək hüquqlarını pozduğu və insanlar haqqında yalan məlumatlardan istifadə etdiyi iddia edilir.
