"Microsoft"un süni intellektli çatbotu "Bing" "Google Chrome" və "Apple Safari"də müəyyən "Microsoft" istifadəçiləri üzərində sınaqdan keçirilir.
İndex.az xəbər verir ki, "Microsoft"da "Global Communications" Direktoru Kaitlin Roulston bildirib ki, digər brauzerlərdə sınaqların bir hissəsi kimi istifadəçilər seçilir:
""Apple Safari" və "Google Chrome"da "Bing"ə girişi təmin edirik. Standart sınaq prosedurlarımız tamamlandıqdan sonra daha çox istifadəçiyə giriş imkanı yaradılacaq".
