"Microsoft" "Windows 11"də yüksək yeniləmə sürəti olan ekranlar üçün təkmilləşdirmələr edir.

İndex.az xəbər verir ki, "Microsoft" "Windows 11" əməliyyat sistemində yüksək yeniləmə sürəti olan ekranlar üçün qrafik təkmilləşdirmələri təklif edəcək.

Bu təkmilləşmələr sayəsində "Windows 11" hər bir monitorda xüsusi məzmun üçün yeniləmə sürətini tənzimləyə biləcək.

Bundan əlavə sözügedən təkmilləşmə planşet və ya noutbukların batareyaya qənaət rejimində olarkən daha az enerji sərf etməsinə kömək edəcək.

Qeyd edək ki, bu təkmilləşdirmələr istifadəçilər tərəfindən çoxdan gözlənilirdi.