"Microsoft" və AMD süni intellekt prosessoru hazırlamaq üçün razılıq əldə ediblər.

İndex.az xəbər verir ki, AMD, "Microsoft"la birlikdə süni intellekt prosessoru hazırlayacaq.

Bununla birlikdə AMD "ChatGPT" tipli texnologiyalar üçün infrastruktur təmin etmək məqsədi ilə üzərinə götürdüyü çip dizayn biznesində də iştirak edəcək.

Qeyd edək ki, "Microsoft"un bu addımı tək deyil. "Micrasoft" bu addımı ilk dəfə "Nvidia" ilə atıb.

Bu gün "Nvidia", ən səmərəli sürətləndiricilərə sahib olduğu və uzun müddətdir ki, bazarda çox böyük müştəri portfelinə malik olduğu üçün süni intellekt investisiyalarına da liderlik edir.

"ChatGPT" robotu on minlərlə "Nvidia" sürətləndiricisindən istifadə edir.

Bu isə, "Nvidia" sürətləndiricilərinə problemlər yaradır.