Çox enerji tələb edən Bulud və AI modelləri üçün "Microsoft" yeni həll yolu tapıb.

İndex.az xəbər verir ki, proqram təminatı nəhəngi məlumat mərkəzlərini gücləndirmək üçün modul nüvə reaktorlarından istifadə edə bilər.

Kiçik modul nüvə reaktorları (SMR), nüvə parçalanma reaktorlarının növbəti nəsli üçün təklif olunan texnologiyanı təmsil edir.

Adından da göründüyü kimi, SMR-lər adi reaktorlardan daha kiçikdir.

O, bir yerdə tikilə, sonra başqa yerə daşınıb quraşdırıla bilər. Bu reaktorlar hazırda prototip mərhələsindədir.