"ChatGPT" infrastrukturunu hər kəsdən daha sürətli "Bing" və "Edge" kimi məhsullarına inteqrasiya edən "Microsoft" indi də "ChatGPT" üzərindən pul qazanmağa başlayır.

İndex.az xəbər verir ki, "Microsoft" "ChatGPT"nin müəssisələr üçün xüsusi optimallaşdırılmış versiyasını bazara çıxarmağa hazırlaşır.

"Microsoft"dan verilən açıqlamada, "ChatGPT" robotunun müxtəlif ehtiyaclar üçün optimallaşdırılmış və biznes üçün təhlükəsiz olan xüsusi versiyasının təqdim ediləcəyi bildirilib.

Bu xüsusi versiya təcrid olunmuş serverlərdə saxlanılacaq və orada təlim keçəcək.

Beləliklə, məlumat sızması olmayacaq.