"Microsoft" "Firefox"un işinə təsir edən "Windows Defender" səhvini düzəldib.
İndex.az xəbər verir ki, 2018-ci ilin may ayından bəri mövcud olan səhv "Windows 10" və "Windows 11" istifadəçilərinə təsir edirdi.
"Firefox" işləyərkən, "Windows Defender"in "Msmpeng.exe" faylının işlədiyi məlumdur ki, bu da CPU istifadəsini artırır.
Araşdırmaya görə, problem "Windows Defender"in real vaxt rejimində qorunmasından qaynaqlanır. Belə ki, "VirtualProtect" dəfələrlə işlədiyi üçün CPU istifadəsi artır. JIT-i söndürmək problemi yüngülləşdirsə də, lakin CPU istifadəsində problem tamamilə həll olunmur.
"Microsoft" aprelin 4-də "Defender"in beta versiyasını buraxaraq səhvi düzəldib. Bununla da, CPU istifadəsi təxminən 75% azalıb.
Qeyd edək ki, problemin həlli üçün "Windows Defender"in versiya nömrəsi "4.18.2302.x", mühərrik versiyası isə "1.1.20200.4" olmalıdır.
