"Meta" sosial VR məkanı olan "Horizon Worlds"ü istifadəyə verib.

İndex.az xəbər verir ki, "Meta", ABŞ rəsmilərinin və uşaq hüquqları assosiasiyalarının etirazlarına baxmayaraq, sosial VR məkanı "Horizon Worlds"ü gənclərin istifadəsinə verdiyini açıqlayıb.

Senatorlar Riçard Blumental və Ed Merki "Meta" şirkətinin baş direktoru Mark Zukerberqə məktub yazaraq ondan planları dayandırmasını xahiş edərək, gənclər üçün zərərli rəqəmsal məkana girişin pis fikir olacağını iddia etmişdilər.

Hətta, təhlükəsizlik mütəxəssisləri virtual reallıq tətbiqində gənclərin təqib və məxfilik pozuntularına məruz qala biləcəyini qeyd ediblər.

Lakin şirkət keçən il virtual və genişlənmiş reallıq investisiyalarından 13,7 milyard dollar vəsait itirib.

Şirkətin "Metaverse" vizyonunun ən mühüm hissəsi olan "Horizon Worlds"ün istifadəçiləri cəlb edə bilməməsi "Meta"nı gənc istifadəçi bazasını hədəf almağa məcbur etdi.