"Meta" şirkətinin baş direktoru Mark Zukerberq şirkətin Kaliforniyadakı baş qərargahında keçirdiyi toplantıda yeni məhsulları ilə bağlı açıqlama verib.

İndex.az xəbər verir ki, "Meta" şirkəti "Messenger" tətbiqində istifadə edilə bilən yeni "Meta AI" adlı süni intellekt çatbotunu təqdim edib.

Zukerberq 2023-cü ili süni intellekt üçün uğurlu il adlandırıb və qeyd edib ki, süni intellekt çatbotları hələ də müəyyən məhdudiyyətlərlə işləyir.

Açıqlamadan sonra "Meta", "Messenger" tətbiqində istifadə edilməsi planlaşdırılan "Meta AI" adlı süni intellekt çatbotunu təqdim edib.

Qeyd edilib ki, sözügedən robot “şəxsi” xüsusiyyətlərə malik olacaq və istifadəçilər robotdan müzakirəyə son qoymaq üçün yazışma yardımı istəyə bilərlər.