“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi “Meta” daha çox səmərəlilik məqsədi ilə yaxın aylarda ixtisarlara başlayacaq.

İndex.az xəbər verir ki, "Meta"nın baş direktoru Mark Zukerberq ötən ilin noyabr ayında təxminən 11.000 nəfəri işdən çıxardıqdan sonra strukturlaşma üçün yenidən işçiləri işdən çıxarmaq qərarına gəlib.

Zukerberq may ayında yeni ixtisar dalğasının ola biləcəyi bildirilmişdi.

Bundan əlavə, birinci rübün sonuna qədər işə qəbulu donduran "Meta"nın bu müddəti uzatdığı bildirilib.