""İnstagram"ı Türkiyədə yenidən işə salmaq üçün əlimizdən gələni etməyə davam edəcəyik".

İndex.az xəbər verir ki, bu sözləri açıqlamasında "Meta"nın sözçüsü söyləyib.

Onun sözlərinə görə, Türkiyədə "Instagram"a girişin bloklanması səbəbindən milyonlarla insan ailələri və dostları ilə gündəlik ünsiyyət üsulundan məhrum olub:

"Müxtəlif bizneslər müştərilərinə eyni şəkildə çata bilmir. Xidmətlərimizi yenidən əlçatan etmək üçün əlimizdən gələni etməyə davam edəcəyik".

BTQ avqustun 2-də Türkiyədə "Instagram"a girişi bloklayıb.

Kommunikasiya direktoru Fahrettin Altun çərşənbə günü verdiyi açıqlamada "Instagram"ı Haniyənin qətlindən sonra başsağlığı mesajlarını blokladığına görə tənqid edib.

Nəqliyyat və İnfrastruktur naziri Abdülkadir Uraloğlu bu gün günortadan sonra "Instagram" rəsmiləri ilə görüşəcəklərini və Türkiyənin tələblərini yerinə yetirmək üçün lazım olanı edəcəklərinə ümid etdiklərini açıqlayıb.