Bank kartlarından pul oğurlanması halları təkcə Azərbaycana xas deyil, bütün dünyada var.

İndex.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə bildirib.

"Bank sektorunda kibertəhkükəsizlik və cinayətkarlıq halları nəzarətimizdədir. Bununla bağlı banklarla kommunikasiya aparılır. Səbəblərə gəldikdə, təssüflər olsun ki, bunlar əsasən məlumatlılığın aşağı olması və kart məlumatlarının bir çox hallarda insanların özləri tərəfindən başqa şəxslərə verilməsidir", - deyə o qeyd edib.

Xatırladaq ki, təkcə ötən gün Azərbaycan vətəndaşlarının bank kartlarından 13 818 manat oğurlanıb.