Qarşıda planlaşdırılan əsas mərkəzi bank görüşlərinin nəticələri ilə bağlı gözləntilər Asiya-Sakit Okean bazarlarını qarışdırıb.

İndex.az xəbər verir ki, Yaponiyada "Nikkei 225" 0,68% bahalaşaraq son 33 ilin ən yüksək səviyyəsinə bir qədər də yaxınlaşıb. "Topix" isə 0,7% yüksəlib.

Cənubi Koreyada "Kospi" 0,48%, "Kosdaq" isə 0,13% dəyər itirib.

Honkonqun "Hang Seng" indeksi 0,43% ucuzlaşıb.

Çin bazarları isə daha qarışıq idi. "Şanxay Kompozit" indeksi 0,45% azalarkən, Şenzen Komponent" indeksi 0,2% artıb.

Avstraliya bazarları tətil üçün bağlı olub.