Məktəblərdə “Son zəng” tədbirlərinin keçiriləcəyi tarix açıqlanıb.

İndex.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, müvafiq təlimata əsasən, 2024-2025-ci tədris ilinin bütün dövlət ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri iyunun 14-də keçiriləcək.