1997-ci ildən bəri istifadə etdiyi cari loqo dizaynı ilə davam edən "Mazda", bir çox digər markalar kimi, 3D görünüşündən imtina edir.
İndex.az xəbər verir ki, "Mazda" loqosunun konturunda bir çox markalar kimi heç bir dəyişiklik yoxdur.
Sadəcə olaraq üç ölçülü dizayndan iki ölçülü düz dizayna keçid edilib.
Digər tərəfdən loqoda heç bir relyef olmadığı üçün loqoda gizlənən “M” rəqəmi artıq seçilə bilmir.
Mazda-nın yenilənmiş loqosunu bütün yeni avtomobillərində, yoxsa yalnız elektrik modellərində istifadə edəcəyi hələlik məlum deyil.
