Əvvəllər "Twitter", indi isə X kimi tanınan platformanın sahibi İlon Mask ilə "Meta"nın baş direktoru Mark Zukerberq arasındakı döyüş X-də canlı yayımlanacaq.

İndex.az xəbər verir ki, İlon Mask "Meta" CEO-su Mark Zukerberqlə döyüşünün X-də canlı yayımlanacağını açıqlayıb.

Mask öz paylaşımında "Zuk və Mask döyüşü X-də canlı yayımlanacaq" yazaraq bunu bildirib.

Gəlirlərin hamısının veteranlar üçün xeyriyyə təşkilatlarına gedəcəyi bildirilisə də, əlavə təfərrüatları açıqlanmayıb.

Mask həmçinin X ofisində bütün günü ağırlıq qaldırdığını və döyüşə hazırlaşdığını bildirib.