İlon Mask "Twitter" hesabındakı paylaşımında şirkətin yeni baş direktorunun adını açıqlayıb.

İndex.az xəbər verir ki, məşhur milyarder İlon Mask "Twitter"in yeni baş direktoru vəzifəsinə "NBC Universal"ın Qlobal Reklam və Tərəfdaşlıqlar üzrə rəhbəri Linda Yakkarinonu seçib.

"NBC Universal" bu gün Yakkarinonun qlobal reklam rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb.

Yakkarino Dünya İqtisadi Forumunda (WEF) Gələcək İş Qrupunun sədri kimi fəaliyyət göstərir.