İlon Mask insanlar üzərində sınaqdan keçiriləcək beyin çipi layihəsi üçün icazə alıb.
İndex.az xəbər verir ki, iş adamı İlon Maska məxsus "Neuralink" şirkəti beyin çipi layihəsini insanlar üzərində sınaqdan keçirməyə başlamaq üçün ABŞ Qida və Dərman İdarəsindən (FDA) icazə aldığını açıqlayıb.
"BBC"nin xəbərinə görə, "Neuralink" sosial media hesabında beyin çipi layihəsinin FDA tərəfindən təsdiqləndiyini paylaşaraq bunun bir çox insana kömək edəcək mühüm addım olduğunu bildirib.
Açıqlamada, "Neuralink" komandasının FDA ilə sıx əməkdaşlığı sayəsində təsdiq aldığı və əsas mərhələ üçün müraciət etmək istəyənlərə lazımi məlumatların veriləcəyi bildirilib.
