İlon Mask 3 ildən sonra yenidən Çinə səfər edib.
İndex.az xəbər verir ki, "Tesla"nın sahibi İlon Maskı 3 il sonra Çin Baş naziri Li Qiang ilə də görüşmək üçün Çinə gedib.
İlon Maskın şəxsi təyyarəsi bu gün Pekində eniş edib.
Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, Çin Mask və digər biznes liderlərini Çini daha yaxşı başa düşmək və qarşılıqlı faydalı əməkdaşlıq qurmaq istəklərini dəstəkləyir:
"Biz xarici investorların Çində fəaliyyət göstərdiyini, Çin bazarını araşdırdığını və Çinin inkişafını paylaşdığını görmək istəyirik".
