"Beynəlxalq Valyuta Fondu"nun (BVF) prezidenti Kristalina Georgieva bir sıra açıqlamalar verib.
İndex.az xəbər verir ki, BVF-nin prezidenti Kristalina Georgieva, bazarların uçot dərəcələrinin uzun müddət yüksək qalacağına uyğunlaşdığını bildirib.
Georgievanın sözlərinə görə, maliyyə şərtlərinin kəskin şəkildə daha da sərtləşməsi bazarlara, banklara və Maliyyə institutlarına zərbə vura bilər.
Georgieva orta müddətli artımın yenidən yüksəldilməsinin vacib olduğunu bildirib.
