ABŞ Maliyyə Naziri Janet Yellen ABŞ "Nümayəndələr Palatasında" Departamentin 2024-cü maliyyə ilində beynəlxalq proqramlar üçün tələb etdiyi büdcə ilə bağlı dinləmələrdə iştirak edib.

İndex.az xəbər verir ki, Yellen çıxışında Dünya Bankı üçün kapital artımı tələb etmədiklərini açıqlayıb.

Yellen bildirib ki, Dünya Bankının əsasən mövcud resurslarını genişləndirərək, innovativ maliyyələşdirmə siyasətlərini qəbul edib və özəl maliyyənin istifadəsi ilə iqlim dəyişikliyi və digər qlobal böhranlarla mübarizə üçün kreditləşməni genişləndirmək istəyir.

ABŞ prezidenti Co Bayden tərəfindən namizədliyi irəli sürülən Ajay Banqanın Dünya Bankının prezidenti seçilməsini gözlədiklərini ifadə edən Yellen, Banqanın iqlim dəyişikliyi və epidemiyalar kimi "21-ci əsr çağırışları"na daha yaxşı toxunaraq Dünya Bankının tərəqqisini sürətləndirəcəyini bildirib.