Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron həftə sonu Cənub-Şərqi Asiya turuna başlayarkən təyyarənin qapısında ərini iki əli ilə üzünə sillə və itələdiyi görünüb.

İndex.az xəbər verir ki, sosial mediada trend mövzusuna çevrilən bu görüntü Fransada da geniş əks-səda doğurub. Bununla belə, Makron bu anı “sadəcə zarafat” kimi qiymətləndirib.

Makron jurnalistlərə açıqlamasında deyib: "Həyat yoldaşımla sadəcə zarafatlaşırdıq. Doğrudan da, sadəcə əylənirdik. Amma bu, demək olar ki, planetar fəlakətə çevrildi".

Qeyd edək ki, Bricit Makron 2007-ci ildə Emmanuel Makronla evlənib. Onlar tanış olanda Bricit evli olub, üç uşaq anası olub, Makron isə Bricitin ədəbiyyat müəllimi olduğu orta məktəbdə şagird olub. Bricit məktəbin dram dərnəyinə rəhbərlik edirdi, Makron da klubun üzvü idi. Orta məktəbi bitirdikdən sonra Makron Parisə köçdü, lakin Bricitlə evlənməyə söz verdi. İllər sonra Bricit Parisdə məskunlaşdı və boşandıqdan sonra evləndilər.