Alman aviaşirkəti "Lufthansa" işçilərinin sayını artırmağa davam edir.

İndex.az xəbər verir ki, "Lufthansa" bu il daha 8,000 nəfəri işə götürməyi planlaşdırdığını açıqlayıb.

Lufthansa tərəfindən edilən açıqlamada bu il 6,000 adamın işlə təmin edildiyi xatırladılıb.

Qeyd edək ki, aviaşirkət pandemiya dövründə təxminən 40,000 nəfəri işdən çıxarmışdı.

Açıqlamada bu il başda texniklər, informasiya texnologiyaları mütəxəssisləri, pilotlar və hüquqşünaslar kimi 8 min nəfərin işə götürüləcəyi bildirilib. Yeni işə qəbulun isə Hamburq, Frankfurt, Münhen, Sürix, Vyana və Brüssel şəhərlərində olacağı bildirilir.

Şirkət 45-dən çox sahədə 20,000 yeni işçi qəbul etməyi planlaşdırır.

Mart ayının sonunda "Lufthansa"nın 112,400 min işçisi var idi.

Şirkət həmçinin yeni təyyarələr də daxil olmaqla avadanlıq və informasiya texnologiyalarına milyardlarla dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.