Daha bir şirkət Rusiyadan taxıl ixracını dayandıracaq

İndex.az xəbər verir ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, kənd təsərrüfatı məhsulları ticarəti sahəsində fəaliyyət göstərən "Louis Dreyfus" şirkəti Rusiyadan taxıl ixracını dayandıracaq.

Açıqlanan məlumatda şirkətin hazırda Rusiyadakı aktivlərin yeni sahiblərə verilməsi imkanlarını araşdırdığı bildirilib.

Nazirliyin açıqlamasında "Louis Dreyfus" və digər qərb kənd təsərrüfatı məhsulları şirkətlərinin Rusiyadan getməsinin ölkədəki ərzaq ixracına təsir etməyəcəyinə diqqət çəkilib.

Qlobal taxıl bazarında 19% paya malik Rusiya dünyanın ən böyük taxıl ixracatçısıdır.

Qeyd edək ki, martın 29-da "Cargill" və "Viterra" şirkətlərinin taxıl ixracını dayandırması ilə bağlı qərarları açıqlanmışdı.