"Los Angeles County Coroner Office", yanğınlarda ölənlərin sayı ilə bağlı yenilənmiş məlumatları açıqladı.

İndex.az xəbər verir ki, yanğında həyatını itirənlərin sayının 24-ə yüksəldiyi, İtonda 16, Palisadesdə isə 8 nəfərin öldüyü bildirilib.

Açıqlamada 16 nəfərdən xəbər olmadığı və bu rəqəmin arta biləcəyi bildirilib.

Digər tərəfdən, təqribən 150 min nəfərin təxliyəsi üçün göstəriş verildiyi, 700-dən çox təxliyə edilmiş sakinin sığınacaqlara yerləşdirildiyi qeyd edilib.