Loretta Mester faiz gözləntiləri haqqında fikrilərini bölüşüb.

İndex.az xəbər verir ki, FED-in Klivlend üzrə prezidenti Loretta Mester Nyu-Yorkda etdiyi çıxışda inflyasiyanı cilovlamaq üçün mərkəzi bankın uçot dərəcələrini daha da artırmalı olacağını bildirib.

Mesterin fikrincə siyasətçilər inflyasiyanın qarşısını almaq üçün bu il uçot dərəcələrini 5%-dən yuxarı qaldırmalı və bir müddət məhdudlaşdırıcı səviyyədə saxlamalıdırlar:

"Federal fondların uçot dərəcəsini nə qədər yüksəldəcəyi və yüksək faiz dərəcələrinin nə qədər davam edəcəyi, inflyasiyanın və inflyasiya gözləntilərinin enib-enmiyəcəyindən asılı olacaq. Tələbin böyük hissəsi yavaşlayıb və təklif problemləri həll olunsa, qiymət təzyiqləri yumşaldılacaq. Mənim proqnozuma görə, inflyasiyanı 2%-ə endirmək üçün bu il federal fondların uçot dərəcəsinin 5%-dən yuxarı artması vacibdir".

Mərkəzi Bank mart iclasında uçot dərəcəsini 25 baza bəndi artıraraq, federal fondların uçot dərəcəsini 4,75-5% aralığına qaldırıb.