London polisi Britaniya Baş naziri Kir Starmerə məxsus evdə yanğın törətməkdə şübhəli bilinən 21 yaşlı şəxsi saxlayıb.

İndex.az xəbər verir ki, bu barədə Britaniya KİV-ləri London polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Hazırda Starmerin evində yanğın baş verməsi barədə məlumatlardan sonra araşdırma aparılır.

Qeyd edək ki, mayın 12-də Starmerin evində yanğın baş verib. “Times” qəzetinin məlumatına görə, yanğın nəticəsində binanın giriş qapısı zədələnib.