Liviyada iki gün əvvəl üzə çıxarıldığı bildirilən 2,5 ton təbii uran yoxa çıxıb.
İndex.az xəbər verir ki, “Beynəlxalq Atom Enerjisi Agentliyi”nin (BAEA) idarə heyəti üzvlərinə etdiyi yazılı açıqlamada bildirilib ki, Liviyada “Təminat Nəzarəti Saziş”i çərçivəsində yoxlama və müşahidə fəaliyyətləri aparılarkən BAEA müfəttişlərinin iki gün əvvəl müəyyən etdiyi 2.5 ton təbii uranın göstərilən yerdə olmadğını müəyyən ediblər.
Açıqlamada bildirilib ki, BAEA uranın qeyd olunan yerdən çıxarılması və mövcud vəziyyətini aydınlaşdırmaq üçün hərəkətə keçib.
Sözügedən vəziyyətin dərhal həll edilməsi və araşdırmaya başlanması lazım olduğuna diqqət çəkən açıqlamada nüvə materialının mövcud yeri ilə bağlı məlumatların itirilməsinin nüvə təhlükəsizliyi ilə bağlı narahatlıqlar yaratması ilə yanaşı radioloji riskin də yarana biləcəyi qeyd olunub.
