"Citi" iqtisadçıları Türkiyədə seçkidən sonrakı faiz dərəcəsi və məzənnə vəziyyətini təhlil edən hesabatlarını yayımlayıblar.

İndex.az xəbər verir ki, "Citi" iqtisadçıları İlker Domaç və Gültekin Işıklar uçot dərəcəsini 40%-ə və hətta daha yüksəyə qaldırmağın ən ehtiyatlı addım olacağını bildiriblər.

Hesabatda tənzimləmələrin yumşaldılması və canlanmanın təsiri ilə türk lirəsinin 1 il ərzində 12% bahalaşa biləcəyi qeyd edilib.