Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard ABŞ-ın maliyyə naziri Yellenin fikirlərini dəstəkləyib.
İndex.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard bildirib ki, kreditlərin məhdud şəkildə sərtləşdirilməsi AMB-nin işini asanlaşdıra bilər.
"Avro Bölgəsi"ndə inflyasiya ilə mübarizə üçün faiz dərəcələrinin daha çox artırılması ilə bağlı təzyiq ilə üzləşən Laqard kreditlərin məhdud şəkildə sərtləşdirilməsi mövzusunda Yellenə haqq verib:
"Əgər banklar çox kredit verməsələr və risklərini idarə etsələr, bu, AMB-nin inflyasiyanın aşağı düşməsi üçün görməli olduğu işi azalda bilər. Lakin onlar kreditləri çox azaltsalar, bu, artıma yersiz təzyiq yaradır".
