Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard Avropa Parlamentindəki çıxışında inflyasiyanın nəzarət altına alınacağına daha optimist olduqlarını bildirib.

İndex.az xəbər verir ki, son 2 ayda inflyasiyanın sürətləndiyini və bunun sentyabr ayında da davam edəcəyini gözlədiklərini ifadə edən Laqard, inflyasiya ilə mübarizədə çox yol qət etdiklərini qeyd edib:

"Məlumatlara görə, inflyasiya ilin son rübündə müvəqqəti olaraq yüksələ bilər. Bununla belə, son hadisələr inflyasiyanın zamanla hədəfə qayıdacağına inamımızı artırır".