Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard uçot dərəcələrinin aşağı salınmasının onların gündəmində olmadığını açıqlayıb.

İndex.az xəbər verir ki, Laqardın sözlərinə görə, son məlumatlara əsasən "Avrozona"da bu ilin əvəzinə, 2024-cü ildə böyümənin daha da sürətlənəcəyi gözlənilir.

Laqard bildirib ki, inflyasiyaya nəzarət etmək və qiymət sabitliyini təmin etmək üçün pul və fiskal siyasətlər bir-birinə zidd olmamalıdır.